"TOFİQ YAQUBLUNUN SƏHHƏTİ STABİLDİR" - Həkimdən yeni açıqlama

"Tofiq Yaqublunun səhhəti stabildir. Hazırda müəyyən dəstək müalicəsi gedir, hər hansı ağırlaşma, fəsad yoxdur".

Bunu sentyabrın 14-də tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun deməsinə görə, T.Yaqubluya qida preparatları tətbiq olunmur: "Amma o situasiya həyat üçün təhlükə təşkil edir, ona qarşı müalicə var. İctimaiyyətə sözüm budur ki, narahat olmasınlar, hər halda Tofiq Yaqublu daha etibarlı yerdədir".

T. Yaqublununqızı NigarHəzi dəsosial şəbəkədə yazıb ki, atası hələdə "City Hospital"ın reanimasiyasındadır, palataya köçürülməyib.

Amma T.Yaqubluyla nə "City Hospital"a köçürüldüyü gün, yəni, sentyabrın 12-də, nə də sentyabrın 13-də vəkili görüşə bilib: "Bu gün, sentyabrın 14-də də gedəcəyik, görək görüşə icazə verəcəklərmi?".

N. Həzi sonra deyib:"13 gündüki, atam aclığı davam etdirir. Ona vurulan dərmanlar qida xarakterli deyil. Sadəcə, bədən çox su itirmişdi deyə, fəsadlar vermişdi. İndiki preparatlar həmin bədənin itirdiyi mayeni bərpa etmək məqsədi daşıyır".

Bu fikirlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. T.Yaqublunun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib.

Penitensiar Xidmətdən bundan öncə açıqlamaya görə isə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb. 

"Adil Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək", - APA agentliyinin xəbərinə görə, Penitensiar Xidmətdən bildirilib.

635x100

Şərhlər

Tofiqə azadlıq! 2020-09-14 17:18:47

Tofiq Yaqubluya bəraət verib onu azad edin! Onun günahı yoxdur.

Son yazılar