Bu il 1896 әkiz, 69 üçәm doğulub

Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70 390 doğulan körpә qeydә alınıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,1 tәşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 1896-sı әkiz, 69-u isә üçәm doğulanlardır.

Bu ilin 7 ayında ölkәdә 37 426 ölüm halı qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә ölüm sәviyyәsi 6,4 tәşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar