Azərbaycanda “Nifrət dili haqqında” qanun qəbul olunacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sesiyasının işlər planı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc məlumat verib.

O bildirib ki, 3 yeni qanun layihəsi ilə bağlı müvafiq qurumlarla birgə müzakirələr aparılır:

“Nifrət dili haqqında” qanunun qəbul edilməsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, buna çox ciddi ehtiyac var. “Diaspor fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsinin üzərində iş gedir. Düşünürəm ki, payız sessiyasında bu qanun qəbul ediləcək. Bundan əlavə, Vəkillər Kollegiyası ilə birgə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub”.

635x100

Şərhlər

Seyid Ənhu 2020-09-17 13:57:53

Maraqlı qüvvələr onlara olan münasibətdən xəbərdar olduqları üçün tələm-tələsik "" Nifrət dili" haqqında qanun qəbul edib bu çətirin altına doluşmaq istəyirlər. Elə bilirlər ki, xalqın həddi-hüdudu bilinməyən nifrətindən kağızlara yazdıqları arzuları ilə qurtula biləcəklər.

Cəfəri 2020-09-17 13:21:44

Belə sərsəm kəlmələr üzərində boşuna çalışmaq 30 ildə azı üç milyon azərbaycanlının itirilmiş hüquqlarından heç birini qaytara bilməmişik?

Veten dashi 2020-09-17 13:19:25

Özünüz ağzınızı acəb gözünüzü yumub xalqın adıdan haqqıniz olmadan pafosla danışırsız ,kimsə əleyhinizə düzü danışsa adını radiikal muxalifət qoyub min fitnə ilə həbslərə göndərirsiz.

Bəhram 2020-09-17 13:17:09

Hər dil azyaşlısı, gənci, kamili, savadlısı və cahili də olan hansısa insan cəmiyyətinin ünsiyyət vasitəsidir! Bu nəzərdən "Nifrət dili" kəlməsi yanlışdır. Dilin zənginliyi münasibətlərin daha faydalı olmasına yardım edər!

Son yazılar