Elman Nəsirov deputatlardan üzr istədi - "Güman edirəm ki, dezinformasiyadır"

“Bu gün - sentyabr ayının 17-də Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin ilk iclası oldu. İclasda bir sıra məsələləri qabartdım. Xüsusilə də sosial şəbəkələrin tənzimlənməsi haqqında qanunun qəbul edilməsinin vacibliyini söylədim. Bildirdim ki, bu gün sosial şəbəkələrdə insanların şərəf və ləyaqəti alçaldılır, işgüzar nüfuzuna xələl gətirilir və bu halda heç bir məsuliyyət daşımırlar”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Eyni zamanda, bu konteksdə söylədim ki, sosial şəbəkələrdə cürbəcür dezinformasiyalar yayılır. Yəni müxtəlif dezinformasiyanı həqiqət kimi yayırlar. Elə bu konteksdə söylədim ki, mənə daxil olmuş məlumata əsasən, guya Əfv Komissiyasında kimlərisə müdafiə etmək üçün hətta deputatın sürücüsü də müəyyən imkanlara malikdir.

Bu informasiyanı sosial şəbəkələrdəki dezinformasiya konteksində söylədim. Bildirdim ki, bu kimi məlumatlar daxil olur. Mən şəxsən buna inanmıram, buna çox böyük şübhə ilə yanaşıram və güman edirəm ki, bu da dezinformasiyadır. Amma istənilən halda belə bir məlumat daxil olub", deputat bildirib.

E.Nəsirov bu məsələni növbəti dəfə araşdırdığını və hələ ki, bu faktların təsdiqini tapmadığını qeyd edib: "Görünür, bu da müəyyən insanların sosial şəbəkələrdə və digər yerlərdə müxtəlif üsullarla yaydığı dezinformasiyadır. Buna görə də, həmkarlarımdan narahat olublarsa, üzr istəyirəm. Millət vəkilinin vəzifəsi narahatedici məsələləri qabartmaqdır, onu müzakirə predmetinə çevirməkdir”.

Qeyd edək ki, deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyasının millət vəkili olan üzvlərindən bir haqqında sensasiyalı ittiham irəli sürüb. O, bu gün parlamentdə bildirib ki, həmkarlarından birinin sürücüsü kimlərisə əfv siyahısına saldırıb.

Elman Nəsirov "AzPolitika.info"-ya açıqlamasında isə bildirib ki, söhbət Əfv Komissiyasının keçmiş üzvlərinin birindən gedir. O, qeyd edib ki, həmin millət vəkilinin sürücüsü bu haqda ona məlumat verib. Ancaq E.Nəsirov ad çəkməkdən imtina edərək, “əfv alveri” ilə məşğul olan həmkarının adını açıqlamayıb...

Ancaq cəmi bir-neçə saat sonra dediklərindən imtina etdi. İndi belə deputatın dediklərinə sabah kim inanacaq?

635x100

Şərhlər

Asif 2020-09-18 14:02:29

Bu ciddilikden uzsq..... Beleleri. Yap -da coxdur. Milletin uz qarslsridirlar.

Seyid Ənhu 2020-09-17 23:43:40

ADAM SADƏCƏ TİPİK YAPÇIDIR. İKİCƏ SAAT ƏVVƏL AZPOLİTİKA SAYTINA DEMİŞDİ Kİ, İNFORMASİYANI ŞƏXSƏN HƏMİN DEEPUTATIN SÜRÜCÜSÜNDƏN ALMIŞAM. 10 dəqiqə ərzində qulağını kimsə burdu.dƏRHAL SÖZÜNÜ GERİ GÖTÜRDÜ. İNDİ DƏ DEYİR Kİ, SOSİAL ŞƏBƏKƏLƏRDƏN ƏLDƏ ETMİŞƏM. DEZİNFORMASİYA İMİŞ. GÖZLƏYƏK GÖRƏK 15 DƏQİQƏDƏN SONRA NƏ DEYƏCƏK.

pensioner 2020-09-17 21:44:03

Bunun nə vaxtsa ciddi bir söz deməsinin şahidi var?

M.Əsgərov 2020-09-17 19:24:46

bu adami biabır etmək lazımdır, danışır sonrada danır, bu axırda bir "gül" vuracaq əyilə-əyilə.....

Cəfər 2020-09-17 19:05:19

Siyavuş bundan ağıllıdır. .... Bu da əyilə-əyilə gəzir. Bizdə belələri millət vəkili olur. Anormallıqdır

M. M. 2020-09-17 18:31:42

öz mövqeyini flyüger kimi dəyişən duputat.

miri 2020-09-17 18:10:51

Bu Məmləkətde kiminsə sürücüsü, kiminsə katibəsi, kiminsə asbazi dövlət məmurundan daha selahiyyetli olması adi haldır. Ən azından bu cür adama hər rayonda rast gəlmək olar. Deputat mandatı daşıyan E.Nesirovun bu vaxta qədər danışdıqları bütün fikirlər içərisində bircə bu fikri düz idi. Ondan da imtina etdi. Yəqin əyilə əyilə demeyib

Veten dashi 2020-09-17 17:44:44

Bu adam YAP- in üz qarasıdı vallahi..

Son yazılar