Gürcüstanda gənc proqramçının ölüm səbəbi açıqlanıb

Gürcüstanda avtomobilində meyiti aşkarlanan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ölümünə medikamentoz intoksikasiya (dərman zəhərlənməsi) səbəb olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğundan bildirilib.

Kimyəvi-toksikoloji ekspertiza ilə müəyyən edilib ki, gənc qız dərmanları inyeksiya halında deyib, ağız vasitəsilə qəbul edib. Onun meyitində heç bir mexaniki zədə aşkarlanmayıb.

Qeyd edək ki, T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində tapılıb. Qızın ailə üzvləri onun qəsdən qətlə yetirildiyini iddia edirlər. Gəncin anası Teona Tamazaşvili övladının ölümünü Qarabağ müharibəsi üçün silah tədarükü ilə əlaqələndirib. O, qızının bununla bağlı bir neçə faylı təsadüfən açaraq silahla təminat sxemini deşifrə etdiyini bildirib. T.Tamazaşvili bu bəyanatı ilə bağlı sentyabrın 3-də Tbilisi Şəhər Məhkəməsində dindirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar