Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nərimanlı-Qızılhacılı yolunda qeydə alınıb.
Avtomobil orta yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Ağır xəsarət alan piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Fakta bağlı araşdırmalara başlanılıb.


Şərhlər