Səudiyyə nefti İrandan uzaq marşrutla nəql olunacaq - İsrail təklif edir

Təl-Əviv Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Səudiyyə Ərəbistanından neft kəmərini İsrailə qədər uzatmağı təklif edir. Bunun sayəsində bəziləri tranzitdən qazanacaq, digərləri isə nəqliyyat xərclərini azaldacaq və İranın nəzarəti altında olan Hörmüz boğazından keçmək riskini aşağı salacaq.

«The Globes» adlı İsrail nəşrinin mənbələrinin məlumatına görə, son günlər İsrail Müdafiə və Xarici İşlər nazirliklərinin (XİN) yüksək çinli şəxsləri Səudiyyə Ərəbistanından İsrailə boru kəməri çəkilməsi layihəsi üzrə iclas keçiriblər. Oradan Yaxın Şərq neftini və distillatını tankerlərlə Avropaya və Amerikaya göndərmək nəzərdə tutulur. İsrail nəşri qeyd edir ki, belə plan İsrailə fayda gətirəcək və Fars körfəzi ölkələri üçün ucuz və təhlükəsiz variant olacaq, həm də Süveyş kanalından keçmək kimi baha və üzücü marşrutdan yan keçməyə imkan verəcək.

Xəbər verildiyi kimi, bu günlərdə İsrail və BƏƏ sülh sazişi imzalayıblar və saziş belə enerji layihələrini reallaşdırmağa imkan verir. Aşkelon-Eylat neft kəmərindən istifadə təklif olunur. Kəmər Qırmızı və Aralıq dənizləri sahillərini birləşdirir. Onu Səudiyyə Ərəbistanındakı Yanbu neft emalı zavoduna qədər 700 kilometr uzatmaq istəyirlər. Qırmızı dəniz sahilində yerləşən bu liman şəhəri artıq neft kəməri vasitəsilə Fars körfəzi sahilindəki neft hasil olunan rayonlarla birləşdirilib.

«Boru kəməri həm quru ilə, həm də Qırmızı dənizdə su altından keçə bilər, amma mümkündür ki, ətraf mühitin mühafizəsi üzrə təşkilatların təpkisi ilə qarşılaşsın» - İsrail nəşri yazır. Qəzet qeyd edir ki, İsrail hər il tranzitdən bir neçə yüz milyon dollar qazana bilər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar