Kadırov çeçen və qazax qardaşlığını xatırladıb – “Əgər qazaxla qarşılaşsan...”

«Çeçenlərdə belə deyim var: «Əgər sən qazaxla qarşılaşsan, deməli qardaşını görmüsən». Qoy çeçen və qazax xalqları arasında qardaşlıq və dostluq möhkəmlənsin!» - Çeçenistanın rəhbəri Kadırov yazıb.

O, danışıb ki, çeçenlərlə kazaxların dostluğu çeçen xalqının ən ağır günlərində başlanıb.

«Stalin rejimi tərəfindən Qazaxıstana və Orta Asiyaya sürgün edilmiş xalq yox olmaq astanasına gəlib. Ciddi qadağalara baxmayaraq, Qazaxıstanın sadə sakinləri çeçenlərə kömək əlini uzadıb. Məhz o zaman çeçenlər və qazaxlar qardaşlaşıblar və bu qardaşlıq çətin günlər və sınaqlarla möhkəmlənib» - Çeçenistanın başçısı yazıb.

O, xatırladıb ki, bir çox illər sonra fəlakət yenidən Çeçenistan torpaqlarını bürüyüb və respublikanın şəhər və kəndləri üzərindən ildırım kimi ötüb keçib, dinc sakinlərin həyatına son qoyub.

«Və keçmişlərdə olduğu kimi, Qazaxıstan yenə mühaibə və ölümdən qaçan çeçen qaçqınları qəbul edib, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Çeçenistan qaçqınlarına sığınacaq verib, onları yaşayış yeri, tibbi yardım və ərzaqla təmin edib» - Kadırov qeyd edib.

Onun sözlərinə görə, indi Çeçenistan Rusiyanın ən gözəl və çiçəklənən bölgələrindən birinə çevrilib.

AzPolitika.info

635x100

Şərhlər

X 2020-09-19 15:30:36

Azerbaycanin elinin duzu yoxdu

Son yazılar