Menu

Tramp özünü amerikalıları qoruyan divara bənzədib

19.09.2020, 22:46
Tramp özünü amerikalıları qoruyan divara bənzədib

ABŞ Prezidenti Donald Tramp özünü “Amerika xəyalı” ilə “xaos”u ayıran divarla müqayisə edib.Tramp bu barədə fikirlərini Minnesota ştatında seçiciləri ilə görüşdə səsləndirib.

“Əgər siz mənə səs versəniz, bilin ki, mən həmin o divaram. Bizim cənub sərhədlərimizdə (ABŞ-Meksika sərhədi – red.) tikdiyimiz divarı xatırlayırsınız? Mən sizin “Amerika xəyalı” ilə “xaos” arasındakı divaram”, - Birləşmiş Ştatlar prezidenti söyləyib.

Xatırladaq ki, üç noyabr tarixində ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

D.Trampın seçkidə rəqibi Demokratların namizədi Co Baydendir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol