Menu

Salyanda yol qəzası olub, xəsarət alanlar var

20.09.2020, 15:48
Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil bundan sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb. Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol