Menu

Ermənistanda tibb mərkəzində kütləvi zəhərlənmə oldu

20.09.2020, 18:43
Ermənistanda tibb mərkəzində kütləvi zəhərlənmə oldu

Ermənistanın “Surb Qriqor Lusavoriç" tibb mərkəzində qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, tibb mərkəzi bu barədə müvafiq orqanlara məlumat verib.

Məlumata görə, zəhərlənmə əlamətləri bir sıra həkimlərdə və pasiyentlərdə müşahidə edilib. Hazırda Ermənistanın Səhiyyə Nazirliyinin məsul şəxsləri və Qida Məhsullarının Təhlükəsizlik Xidmətinin mütəxəssisləri hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar aparırlar.

Şərhlər

t.ədalət 2020-09-20 22:49:04

ermənistanda baş verənlərin bizə nə aidiyyatı var?Cəhənnəmə zəhərləniblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol