TÜRKİYƏDƏN QARABAĞ BƏYANATI - "Minsk qrupu münaqişəni həll edə bilməyəcəyini bəyan etməlidir”

Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir.Bu barədə Türkiyə Prezidentinin Administrasiyasından bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcəyini bir daha bəyan edir: “Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib”.

Bildirilib ki, Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır: “Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”.

Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxain salır: “Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili olaraq addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”.

635x100

Şərhlər

t.ədalət 2020-09-20 22:47:55

ermənisatan havadarı Rusiyanın Azərbaycanda yerləşdirdiyi casus şəbəkəsinə arxalanır.Azərbaycasn rəhbərliyi Rusiyada təhsil almış zabitləri nazirlik aparatından təəcili azad etməlidir.Yalnız bundan sonra cəbhə xəttindəki təxribatlar dayanacaq.

Bəhram 2020-09-20 21:19:53

ATƏT Minsk qr. BMT TŞ DQMV "həlli"ni elə qurub ki, dinc əhaliyə qarşı hərbi terror cinayəti törətmiş erməni tərəfi Azərbaycanı razı salacaq dialoqa çalışması əvəzinə milyonlarla əhalisi zərər çəkmiş Azərbaycan "əl-ayağa" düşüb?

Son yazılar