“ƏSGƏRLƏRİMİZ ONU ƏSİR GÖTÜRƏCƏKLƏRİ ANI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRLƏR" - "Kreml Azərbaycana xəyanət etdi..."

"Prezident misallarla əsaslandırdı ki, Kreml ölkəmizin təbii sərvətlərini uzun illər vəhşicəsinə, böyük ekoloji fəlakət yaratmaqla talasa da, etnik separatizmi dəstəkləməklə Azərbaycana xəyanət etdi"

"Əgər növbəti təxribat olarsa, hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibəsində diqqət çəkən əsas məqamlar barədə moderator.az-a aşıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

"Prezident həm yerli, həm də beynəlxalq ictimaiyyətə yönələn çoxlu sayda ciddi mesajlar verdi. Öz sözlərimlə ifadə etsəm, çıxışın əsas məğzi ondan ibarət idi ki, müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq və keçmişin nostalgiyası ilə yaşayıb müstəqilliyə qarşı çıxanlar vətən xainləridir. Prezident misallarla əsaslandırdı ki, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə versə də, Kreml ölkəmizin təbii sərvətlərini uzun illər vəhşicəsinə, böyük ekoloji fəlakət yaratmaqla talasa da, etnik separatizmi dəstəkləməklə Azərbaycana xəyanət etdi və nəticədə torpaqlarımızın 20%-i Ermənistan tərəfindən işğal olundu. Müstəqillik illərində biz xarici investorları cəlb edib neft sənayesini yenidən qurmaqla, böyük maddi vəsaitlər hesabına həmin ağır ekoloji fəlakətin nəticələrini aradan qaldırmaqla, şəhər və kəndlərimizi abadlaşdırmaqla, ölkəmizi faktiki olaraq yenidən qurmaqla məşğuluq.

Növbəti açıqlama ondan ibarət oldu ki, Paşinyan siyasi riyakarlığına görə sələflərindən heç nə ilə fərqlənmir və onunla Qarabağ probleminin həlli istiqamətində danışıq aparmağın mənası yoxdur. Biz bilirik ki, Paşinyan əhalinin ölkə daxilində mövcud olan problemlərdən diqqətini yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbirsizliklə gözləyirlər.

Prezident bəyan etdi ki, Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa və beynəlxalq birliyin sərt təpkisi və sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb ki... Əgər növbəti təxribat olarsa hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq. Müsahibənin ümumi ab-havasından belə qənatə gəlmək olar ki, torpaqlarımızın azadlığı istiqamətində yaxın gələcəkdə ciddi addımlar atılacaqdır. Bu qənaətdəyəm ki, son açıqlamalar 26 ildir davam edən söz savaşına oxşamır. Müdafiə naziri Zakir Həsənovun ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin Orduya çağırılması barədə əmri də bu qənaəti möhkəmləndirir. Kaş ki, qənaətimdə yanılmayaydım, qoy Allah qətiyyətimizi və cəsarətimizi əlimizdən almasın.

Başqa mühüm açıqlama Türkiyə, Gürcüstan və İrana yönəlmişdi. Prezident Türkiyənin qardaş ölkə olmasını, əməkdaşlığımızı genişləndirəcəyimizi bir daha vurğuladı. Gürcüstanın üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsini yüksək qiymətləndirdi və həmişə Gürcüstanın yanında olduğumuzu növbəti dəfə bəyan etdi. Gürcüstandakı bəzi gürcü familiyalı ermənilərin münasibətlərimizi pozmağa cəhd etdiyini də diqqətə çatdırdı. Prezidentin çıxışından Ermənistandan sonra ciddi nəticə çıxarmalı olan ikinci ölkə, həm də soydaşlarımızın vətəni olan İran olmalıdır. 

Prezident söylədi ki, əli müsəlman uşaqların, qadınların qanına batmış, bir milyondan çox müsəlmanı ev-eşiyindən didərgin salmış, islam məscidlərini, abidələrini dağıtmış, məscidlərdə donuz saxlayan ermənilərlə müsəlman olub, necə münasibət qurmaq olar? Yeri gəlmişkən, ərəb ölkələrini İsraillə diplomatik əlaqələr qurmasına görə sərt tənqid edib hədələyən İran, Ermənistana İranın hava məkanından silah daşınmasına icazə verməsi bir yana, görəsən İsraildə səfirlik açan Ermənistana münasibətdə niyə "quzu" kimi susur? Ümumən müsahibəni yüksək qiymətləndirirəm. Xalqımız bunun ardınca real addımların atılmasını gözləyir".

635x100

Şərhlər

tofiq 2020-09-24 22:41:25

deyir sen saydigini say gor felek ne sayir

Eli 2020-09-22 13:22:40

Hörmetli Fuad bey gözel insan Siz heç kimin çöreyini yox ya hörmetli valideynizin ya da öz elinizin ağlınızın sehmetinizin behresini yeyirsiniz .Nu bir ikincisi eger Rusiyada qeyri ruslar xüsusen müselmanlar olmada rus iqtisadiyyatı xüsusen ticareti çöker.zZMence onlar Sizim çöreyinixi yeyir.Bele.

Azərbaycanlı 2020-09-22 00:45:45

AX NƏ OLARDİ İGİD ƏSGƏRLƏRİMİZ SƏNİ GİROV GÖTÜRƏRDİ.

Fuad 2020-09-21 14:24:37

Doğru yanlışı Allah bilir satqın həmişə insanın öz yanında yetişir mən gözümü açandan Azərbaycanda yaşıyıram ancaq bu vətənin çörəyin yox rusun çörəyin yimisem vətəndə rüşvət baş alıb gedir

Eli 2020-09-21 11:19:20

Cavan müellim çox düz deyir.İkinci bir terefden ermenilerde kişilik adlı bir şey yoxdur eger mühatibe başlasa onlar arvadları qabağa berib özleri qucağa qaçacaqlar nece li tarix boyu bele olub.O ki qaldı ruslara onları tek ruslar yox bütün xristian dünyası mudafie edir ve bu heç neyi deyişmir.100 il bundan qabaq Türkiyyenin veziyyeti bşzim indiki veziyyetden qat qat pis idi.Ne oldu rehmetlik Böyük Atatürk ve Türk milleti öz taleyimi özü hell etdi Allah nu işde milletimize ve Dövletinize kömek olsun İnşaallah.

TARIX 2020-09-21 10:19:42

RUSİYA TARİX BOYU AZƏRBAYCANA XƏYANƏT EDİB.

Amon 2020-09-21 10:16:27

Ruslara qarsi nifret bu xalqda onsuzku hemise olub kaski o nifret birazda sizde olaydi qudret bey herzaman rusu teblig elemisiz ne tez unutdunuz oz cixislarinizi

RT 2020-09-21 07:25:35

Maraqlidi bu. foto neyi deyir ???

miri 2020-09-21 06:45:22

Azərbaycana qarşı Rus wovenizmi həmişə eyni cür olub. .

t.ədalət 2020-09-21 00:09:34

Dağlıq Qarabağa gedən yolumuzun üstündəki manelərdən biri də arvadı,anası və digər qohumları erməni olan nməmurlardı....

Hafiz Qarayev 2020-09-21 00:04:00

Kremlin Azərbaycana xəyanəti dəfələrlə sübut olunub....Bunların nə demək olduğunu anlayan varmı?Elə boşuna danışmaqla milləti nə qədər avam yerin qoymaq olar?..

Xalq 2020-09-20 22:56:08

ALLAH QARABAĞA GEDƏN YOLUMUZU AÇIQ ELƏSİN, İNŞAALLAH QƏLƏBƏ AZƏRBAYCANIN OLACAQ!

Doğru 2020-09-20 22:42:14

Onu İnşaallah özüm əsir götürəcəm.....

Cavan 2020-09-20 22:22:39

KREML AZƏRBAYCANA HƏMİŞƏ XƏYANƏT EDİB.AMMA BİZ ƏVƏZİNDƏ RUS MƏKTƏBLƏRİNİ ARTIRARAQ RUS BAŞLILAR YETİŞDİRƏRƏK AZƏRBAYCANA XƏYANƏT ETMƏKDƏ DAVAM ETMİRİKMİ?

Son yazılar