Menu

"Qarabağ" - "Neftçi" oyununda 6 qol vuruldu

17.10.2026, 21:15
"Qarabağ" - "Neftçi" oyununda 6 qol vuruldu

Misli Premyer Liqasının VIII turunda daha bir oyun keçirilib.

Günün ikinci matçında "Qarabağ" "Neftçi"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə ilə bitib - 3:3.

"Ağ-qaralar"ın qollarını 11 və 34-cü dəqiqədə Qustavo Klisman, 52-ci dəqiqədə Draqolyub Saviç vurublar. Ağdam klubunda 18-ci dəqiqədə Aleksey Kaşuk, 89-cu dəqiqədə Renaldo Sefas, 90+5-ci dəqiqədə Kadi Borges fərqləniblər.

Hər iki kollektivin 17 xalı var. "Neftçi" ikinci, ehtiyatda daha bir matçı qalan "Qarabağ" üçüncü sıradadır.

Günün ilk görüşündə "Sabah" səfərdə "Qəbələ"ni dörd cavabsız qolla üstələyib.

Xatırladaq ki, tura oktyabrın 18-də yekun vurulacaq. Əvvəlki oyunlarda "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol