Menu

İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

20.09.2020, 23:24
İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

İranın Tehran əyalətində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.“Report“ ISNA-ya istinadən xəbər verir ki, bu barədə virusun yayılmasına qarşı qərargahın başçısı Əli Rza Zali bildirib.

"Son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb", - o deyib. Zali əlavə edib ki, "ikinci və üçüncü dalğa arasında zaman məsafəsi az olub".

O qeyd edib ki, üçüncü dalğaya uyğun olaraq statistik göstəricilərin artması müşahidə edilir.

"Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədiləməhdudiyyətlərin geri qaytarılması üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərdik. Bu xüsusən distant iş formatına aiddir", - deyə Zali əlavə edib.

İranda son günlər koronavirusa yoluxma hallarının sayının artması müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol