Menu

Türkiyədə 5,3 maqnitudada zəlzələ olub

21.09.2020, 00:31
Türkiyədə 5,3 maqnitudada zəlzələ olub

Türkiyənin mərkəzi hissəsində 5,3 maqnitudada zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 152 min insanın yaşadığı Ağsaray şəhərindən 37 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 3 kilometr dərinlikdə olub.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol