Ombudsman BQXK-nın nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Arian Bauer və əvvəlki rəhbəri Elena Aymone Sesseranı qəbul edib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Səbinə Əliyeva rəhbərlik etdiyi təsisatın fəaliyyət dövrü ərzində beynəlxalq təşkilatlarla, o cümlədən BQXK və bu qurumun ölkəmizdəki nümayəndəliyi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb. 

Təsisatın fəaliyyəti haqqında qonağa geniş məlumat verən Müvəkkil COVID-19 pandemiyası ilə əlaqədar təsisatda müvəqqəti olaraq insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin elektron formada, qaynar xətt və sosial şəbəkələr vasitəsilə qəbulunun davam etdirildiyini qeyd edib.   

Müvəkkil Suriya Ərəb Respublikasında davam edən vətəndaş müharibəsində iştirak etmək və silahlı dəstələrə qoşulmaq üçün ailələri ilə birlikdə həmin ölkəyə gedən, müxtəlif silahlı birləşmələrin tərkibində döyüşən Azərbaycan Respublikası vətəndaşlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların hazırda həmin ölkənin müxtəlif ərazilərində yerləşən çadır düşərgələrində əsir və girov kimi saxlanıldıqlarını bildirib. O qeyd edib ki, yaralılar və xəstələr düşərgədə tibbi yardımdan kənarda qalaraq baxımsız vəziyyətdədirlər, müvafiq əraziyə nəzarət edən qanunsuz silahlı dəstələr tərəfindən həmin düşərgədə saxlanılan uşaqlar işgəncələrə məruz qalır, zor tətbiq edilməklə ailələrindən alınır və ya oğurlanırlar. Müvəkkilin sözlərinə görə, Suriyada əsir və girovların saxlanıldıqları çadır düşərgələrində vəziyyət artıq humanitar fəlakət və insan həyatı üçün təhlükəli səviyyəyə çatıb.

Səbinə Əliyeva qeyd olunanları nəzərə alaraq BQXK-nın mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq, hazırda Suriyadakı münaqişənin girovuna çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının maraqlarının müdafiə edilməsi, həmin şəxslər barədə məlumatların alınması və dəqiqləşdirilməsi, müharibə zonasında fəaliyyət göstərən sülhməramlı missiyalar qarşısında məsələ qaldırılması, girovluqda olduqları müddətdə işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınması, çadır düşərgələrində ehtiyac içində saxlanılan insanlara təxirəsalınmaz humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsi, onların Azərbaycana qaytarılması və ailələrinə qovuşması istiqamətində tədbirlər görülməsi üçün dəstək verilməsini xahiş edib. 

Müvəkkil, həmçinin 2014-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan hərbi qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatı tərəfindən dəfələrlə bəyanatlar yayımlandığını və aidiyyəti beynəlxalq qurumlara, o cümlədən BQXK-ya müraciətlər ünvanlandığını, ancaq bu günə qədər həmin insanların girovluqdan azad olunmadığını, kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpa olunmadığını və bununla bağlı Ermənistana hər hansı beynəlxalq təsir göstərilmədiyini təəssüflə qeyd edib.

Görüşdə, həmçinin cəbhə xəttindəki vəziyyət, eyni zamanda, iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Qonaq öz növbəsində regionlarda beynəlxalq humanitar hüquq sahəsində bilik və bacarıqların artırılması üçün birgə maarifləndirmə tədbirlərinin keçirilməsini təklif edib.

Sonda qonaqlar BQXK olaraq Müvəkkilin qaldırdığı məsələlərin həlli istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib, səmimi qəbul, açıq və ətraflı fikir mübadiləsinə görə təşəkkür ediblər

635x100

Şərhlər

Zaur 2020-09-22 17:12:39

Uğurlar Səbinə xanıma yorulmaz fəaliyyətində!

Ilyas 2020-09-22 17:10:17

Ugurlar Sebine xanim.

Zaur 2020-09-22 17:07:32

Uğurlar Səbinə xanıma yorulmaz fəaliyyətində!

Ali 2020-09-22 17:05:42

gozel neslin gozel numayindesi ugurlar size

Leman 2020-09-22 16:29:55

Cox sagolun Sabina xanim,size cox cox tesekkur edirem ki,shikayetimize tez bir vaxtsa reaksiya verib hell etdiniz.

Sefiqe 2020-09-22 16:27:24

Ombudsman Sabina xanim fexr edirik sizinle.Sizin nezaretiniz altinda daxil olan her bir şikayet operativ sekilde cavablandirilir.

elcin 2020-09-22 15:09:21

молодци

Fidan 2020-09-22 15:06:15

Bu cur yuksek seviyyeli goruslerin kecirilmesi dovletimiz ucun cox muhum ehemiyyet kesb edir

Aliye 2020-09-22 15:04:34

Bu tesisat her zaman xarici elaqelerin genislenmesinde cox muhum addimlar atir.

Sevda Mammadova 2020-09-22 15:03:38

Sebine xanim cox guclu bir huquqsunasdir.Daima ireli

Aydan 2020-09-22 15:02:43

Sabina xanim her zaman yuksek fealiyyeti ile secilir.Ugurlar fealiyyetinizde.

Ali 2020-09-22 14:59:23

gozel neslin gozel numayindesi ugurlar size

Ibrahim 2020-09-22 14:58:31

Ombudsman Sabina Aliyeva vetenini seven bir insandir, cox sade ve ureyi aciq oldugunu oz gozlerimle gormushem. Vetenimize, xalqimiza, dovletimize ve cenab prezdentimize sadiq bir insandir. Allah onu qorusun.

Sahile 2020-09-22 14:58:26

Sebine xanim size minnetaram size etdiyim sikayet musbet neticelendi

Ehmed 2020-09-22 14:55:01

Sebine xanima halal olsun her gun isleyir

Nazim 2020-09-22 14:26:06

Sifet: bunlar ramiz mehdiyev klaninin numayendeleridir, bunlara deymek olmaz demeli...

Fszil 2020-09-22 13:35:25

Omnudsmanin buzu etidi? Axi o donmusdu.

Son yazılar