Hüquq müdafiəçisi Beynəlxalq Bankdan şikayətləndi - "Xidmət demək olar ki, yox səviyyədədir..."

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, tanınmış hüquq müdafişəçisi Əliməmməd Nuriyev Beynəlxalq Bankda problemlə üzləşib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə onun özü "facebook" hesabında yazıb. Hüquq müdafiəçisi Bankın Abşeron filialında xidmətin bərbad təşkil edildiyini vurğulayıb: "50 dəqiqədir ki, Beynəlxalq Bankın "Hyatt Recens" hotelində yerləşən Abşeron Filialında xidmət almaq üçün növbədəyəm. Xidmət demək olar ki, yox səviyyədədir. Bir çoxları növbə gözləmədən filialın işçisi və şəxsin mühafizəsinin himayəsi ilə xidmət alır. Bəzən elə olur ki, xidmət göstərən şəxs dəqiqələrlə telefonda danışır. Xidməti həyata keçirən bank əməkdaşının xidmət masasında kimə xidmət göstərirsə, onun nömrəsi yazılmır. Ancaq ümümü növbə göstərən lövhə yanır".

Ə. Nuriyev qeyd edib ki, filialda oldugu müddət ərzində bəzi masalarda heç bir müştəriyə xidmət göstərilməyib.

"Elə müştəri var ki, səhər saat 09.40-da növbədə olmasına baxmayaraq, xidmət almayıb və onlara heç bir izahat da verilmir. Bir sözlə, bərbad xidmət!" - deyə hüquq müdafiəçisi vurğulayıb.

Ə. Nuriyevin iradları ilə bağlı Beynəlxalq Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yadigar Cəfərli ilə əlaqə yaratmaq cəhdlərimiz baş turmadı.

AzPolitika.info   

635x100

Şərhlər

Rauf 2020-09-22 17:40:48

tez tez deyilən söz "sistem işləmir" xidmət yox səviyyəsində

Son yazılar