Milli Məclisin 5 deputatı xaricdən mal sifariş etdi

Milli Məclisin 5 deputatı 6 sıravi vətəndaşla birgə xaricdən mal sifariş ediblər.

Bu barədə “Report”a açıqlamasında həmin deputatlardan biri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, bunu etməkdə əsas məqsəd həmin sifarişlər gələn zaman ödəmədə və almaqda hansı əngəllərin olacağını öyrənməkdir:

“Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Həmin qərarda qoyulan həddən artıq mal gətiriləndə isə 36 faiz rüsum ödəniləcək. Biz deputatlar təklif edirik ki, orada göstərilən 36 faiz 15-ə endirilsin”.

O, mal sifariş verən digər deputatların adlarını açıqlamayıb.

Maraqlıdır, deputat Rüfət Quliyev özü hansı malları sifariş edib? R.Quliyev bu suala "Sifariş etdiyim mallar barədə məlumat verə bilmərəm" - deyib.

635x100

Şərhlər

İqtisadçı 2020-09-22 17:10:28

Gülməli deyilm? Əgər deputatın da başı belə düşünürsə onda Milli Məzlisdən nə gözləmək olar?Qəbul olunan qrarda açıq aydın yazılıb ki, ay ərzində sifarişlə 300 manat.özü ilə 800 dollar həçmində mal götürə bilərlər.Bundan artıq məbləğ 36 % f gömrük rüsumu ödəyir.Bunu başa düşə bilməyən deputat hansı başla deputat sayılır?amma bu ota təbəqə insanlara ağır zərbə kimi qəbul olunduğunu anlamayan Nazirlər Kabinəsi bu qərarı düşünməmiş imzalayıb.

Son yazılar