"Bu səfər Rusiya ilə münasibətlərimizin inkişafına töhfə olacaq" - Sahibə Qafarova

“Azərbaycanla Rusiya arasında mövcud münasibətlər dövlətlərimizin başçıları tərəfindən aparılan fəal siyasi dialoqun məntiqi nəticəsidir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarova Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü zamanı deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı dostluq münasibətləri, şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığın təməlidir”, - deyən spiker Moskvaya səfərlə bağlı dəvət üçün də təşəkkür edib: “Bugünkü görüşümüzün də, bütövlükdə rəsmi səfərin də ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əmin olduğumu bildirmək istərdim”.

635x100

Şərhlər

Araz 2020-09-23 10:15:25

Maraqlidir . Sahibe xanim rusiyadan ne isteyir?

RT 2020-09-23 08:49:48

Biz onlari ashnan , onnar ise bizi dashnan ((( meselesidi . onnar ermeninin dostudur bizim yox !!!! Bunu hami bilir , ,,,,

t.ədalət 2020-09-22 21:56:23

Yox,xanım Rusiya bizim dostumuz ola bilməz.Üçyüz ildir ki,Azərbaycanda qətliamlar törədir.ermənilərin xeyrinə ölkəmizi müharibə poliqonuna çevirir.Bəlkə də sizin dostunuz ola bilər.Amma Azəırbaycan xalqının heç vaxt dostu ola bilməz.

Son yazılar