“Ermənistana bir daha xəbərdarlıq edirik...” - AKP sözçüsü

“Ermənistanın təcavüzkar hücumları nəticəsində daha bir azərbaycanlı şəhid olub. Şəhid olan qardaşımız Elşən Məmmədov Türkiyənin də şəhididir. Buradan Ermənistana bir daha xəbərdarlıq edirik: Atəşlə oynama!”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyanın İdarə Heyətinin növbəti toplantısından sonrakı çıxışında belə deyib.

AKP sözçüsü bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyi pozan, bu regionda gərginlik yaradan Ermənistandır və Türkiyə qeyd-şərtsiz Azərbaycan xalqının yanındadır.

Facebook

Bizim Facebook səhifəmizə abunə olun

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar