Çinli diplomat Trampı “siyasi virus” yaymamağa çağırdı

Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tzyun ABŞ Prezidenti Donald Trampın yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı ölkəsinə qarşı ittihamlara cavab verib.

Virtualaz.org bildirir ki, çinli diplomat ittihamları rədd edərək onları əsassız adlandırıb:

“Dünya bir yol ayrıcındadır. Hazırda bu dünyanın daha çox həmrəyliyə və əməkdaşlığa ehtiyacı var, qarşıdurmaya yox. Dünya liderləri qarşılıqlı etimadı artırmalı və “siyasi virus” yaymamalıdır”.

Xatırladaq ki, bundan əvvəl Tramp BMT Baş Assambleyasının iclasında Çinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVİD-19-un insandan insana, həmçinin simptomsuz daşıyıcılardan yoluxmaması ilə bağlı yalan açıqlamalar yaydığını bildirmişdi. Amerikalı lider “dünyanın yoluxmasına” Çinin icazə verdiyini vurğulamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar