SURİYADAKI ERMƏNİ TERRORÇULAR DA QARABAĞA GƏLİB - YPG-nin sıralarında olublar

Suriyanın şimalında 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonu da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib. Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə mətbuatı yazır.

Haber7.com yazarı Taha Tağlının məqaləsində bildirilir ki, Suriyanın şimalında, YPG-nin nəzarətində olan bölgələrdə erməni briqadası ötən ilin mayında qurulmuşdu. Üç batalyondan (təxminən 750 nəfər) ibarət olan “Nubar Ozanyan” briqadasının sıralarına erməni əsilli suriyalılar daxil idi. İndi həmin briqadanın bir batalyonu-250 döyüşçüsü Ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün regiona göndərilib.

Qeyd edək ki, Nubar Ozanyan 2017-ci ildə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən və YPG-nin sıralarında döyüşən erməni terrorçusu olub. Onun adını daşıyan briqada 2019-cu ilin aprelində, qondarma “soyqırım” ildönümü ərəfəsində yaradılıb və YPG-nin düşərgəsində təlim keçib. Daha sonra həmin erməni briqadası Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı YPG-nin tərəfində döyüşmüşdü.

Xatırladaq ki, bundan əvvəl Türkiyə və Misir mənbələri Suriya və İraqdan minlərlə PKK terrorçusunun Ermənistan ordusunun tərəfində döyüşmək üçün İran üzərindən Qarabağa daşındığı haqda detalları açıqlayıb.

635x100

Şərhlər

Bayram 2020-09-25 05:48:27

Kəmaləddinin uşaqları yəqin səngərlərdədirlər,düşmən gülləsinə sinə gərirlər

Rza 2020-09-24 14:18:02

Deyilənlərə görə Azərbaycandakı Kürd klanın bəzi üzvlərinin PKK, YPQ ilə əlaqəsi var. Doğrudan belədirsə onlara təsir edər və bu yoldan çəkindirə bilərlər

Xalq 2020-09-24 13:00:41

ruslar bineyi-qədimdən bizim düşmənlərimizdir, ermənini də üstümüzə qısqırdan rusdur, belə getsə inşaallah rusiya dağılar və millətlərin canı qurtarar bu vampir ölkədən.

Culfa 2020-09-24 12:11:42

Burdakı biqeyrət məmurlar isə övladlarını xaricə ötürürlər...

t.ədalət 2020-09-24 10:33:51

Dağlıq Qarabağa gətirilən terrorçular,əslində Rusiyanın xaricdə Türkiyənin əleyhinə yetişdirdiyi kürdlər və ermənilərdir.Rusiyanın neft və qazı alınmadığına görə Şoyqu da Azərbaycana böyük vədlər verdi.Təki kəmərlər üzərindəki nəzarət Rusiyaya verilsin.Bundan sonra Türkiyə-NATO qüvvələri özünü göstərdi.Sərhədlərimizdəki təxribatları ermənilərin adına yazmaq savadsızlıqdır.Bu təxribatları törədən birbaşa Putindir.Azərbaycanın Avropaya çıxan yolunu qapamaq üçün bütün gücündən istifadə edir.

Son yazılar