“Gürcüstan-Azərbaycan əməkdaşlığı bölgədə sabitliyə xidmət edir” - XİN başçısı

“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq ildən-ilə genişlənir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq bölgədə və bölgədən kənarda sabitliyin təmin olunmasına xidmət edir. “Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT-nin Baş Assambleyasında Azərbaycanın Gürcüstanın təşəbbüskarı olduğu qətnaməni dəstəkləməsini yüksək qiymətləndiririk”.

D.Zalkaliani azərbaycanlı həmkarının onu Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məlumatlandırdığını qeyd edib: “Gürcüstan münaqişənin beynəlxalq ictimaiyyətin dəstəyi ilə həllinin tərəfdarıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar