ERMƏNİSTANDA ƏHALİNİN ÜCDƏ BİRİ MÜHACİRƏTƏ GEDİB - Çoxu hərbi xidmətdən qaçıb...(ARAŞDIRMA)

“Ceymztaun” fondu (The Jamestown Foundation) Ermənistanda demoqrafik vəziyyətlə bağlı məqalə dərc edib. Müəllif Armen Qriqoryan yazır ki, neqativ demoqrafik trendlər daima bir təhdid hesab olunub və Milli Təhlükəsizlik Strategiyasının hər iki versiyasına salınıb.

1990-cı illərdə potensial çağırışçıların sayı azaldığından hərbi xidmət müddəti ali təhsillilər üçün 12 aydan 18 aya, digərləri üçün 18 aydan 24 aya qaldırıldı. Sonradan ordu hamı üçün məcburi 24 aylıq hərbi xidmətə keçdi.

Müəllif son təhlillərə istinadla qeyd edir ki, 1991-ci ilin sentyabrında müstəqillik qazanandan bəri Ermənistan əhalisi pik həddinə 1992-ci ildə çatıb – 3.63 milyon nəfər. Bir il öncə bu rəqəm 3.57 milyon idi. 1993-1995-ci illərdə kəskin azalma baş verib, əhali sayı 3.26 milyona düşüb.

O vaxtdan azalma davam edir, 2019-cu ildə 2.962 milyon, bu il 2.957 milyonadək düşüb. Bu statistikaya ilin böyük hissəsini xaricdə yaşayanlar da daxildir. Rusiyada işləyən, qışda bir neçə həftəliyə Ermənistana qayıda işçi miqrantlar da qeydiyyatda olan əhali sırasındadır.

“Bəzi hesablamalara görə, 1991-2019-cu illərdə əhalinin 31 faizə qədəri – 1.12 milyon nəfər mühacirətə getsə də, çoxları Ermənistanda rəsmi qeydiyyatdadır”, – məqalədə deyilir.

1990-cı illərin əvvəllərində əhalinin kəskin azalması iqtisadi problemlər və Qarabağ müharibəsi ilə izah olunur. Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişədə Ermənistan tərəfdən məcburi hərbi xidmətdən qaçmaq istəyənləri mühacirətə getməyə sövq edib. 1991-ci ildə 24 minədək, 1992-1993-cü illərdə Qarabağ müharibəsi vaxtı isə 25 mindən çox ölü qeydiyyata alınıb.

Müəllif hökumətlərin doğum səviyyəsini və repatriasiyanı stimullaşdırmaq üçün müxtəlif planlar hazırladığını yazır. Keçmiş prezident Serj Sarksyan 2017-ci ildə elan elədi ki, 2040-cı ilədək əhali sayı 4 milyona çatacaq.

2018-ci ildə Sarksyanın devrilməsi ilə baş nazir postuna keçən Nikol Paşinyan 2050-ci ilədək əhalinin 5 milyona ola biləcəyi fikrini irəli sürdü.

“Əlbəttə, 2040-cı ildə Sarksyanın 86, Paşinyanın 75 yaşı olacaq. Onda onlardan heç biri bu vədlər üçün siyasi məsuliyyət daşımayacaq. BMT-nin proqnozuna görə, 2025-ci ilədək Ermənistan əhalisi azacıq artaraq 2.977 milyona çatacaq, 2050-ci ildə isə 2.816 milyona düşəcək. Bu baxımdan uzunmüddətli spekulyasiyadansa, qısamüddətli əsaslandırılmış inkişaf strategiyası daha məqsədəuyğun olardı”, – məqalədə vurğulanır.

Bu ilin iyulunda açıqlanmış araşdırmaya görə, 2100-cü ildə Yer üzündə 8,8 milyard adam yaşayacaq. Araşdırmanı “The Lancet” tibb dərgisi yaymışdı.

Proqnoza görə, 2064-cü ildə dünya əhalisi pik həddə – 9,7 milyarda çatacaq, əsrin sonuna isə 8,8 milyarda düşəcək. Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdən çoxdur

635x100

Şərhlər

t.ədalət 2020-09-24 18:26:12

Bu fakt özü sübut edir ki,ermənistandakı ordu ruslardan ibarətdir.

Son yazılar