Ustad Şəhriyar ədəbi mükafatı təsis edilib - Təqdimatı Təbrizin Şairlər Məqrəbəsində keçiriləcək

İranın Şərqi Azərbaycan vilayətində böyük şair Məhəmməd Hüseyn Şəhriyar (1906-1988) adına ədəbi mükafat təsis edilib. Yarı-rəsmi İLNA agentliyinin xəbərinə görə, Şərqi Azərbaycan vilayəti Mədəniyyət və İrşad İdarəsinin sədri Məhəmməd Məhəmmədpur bu barədə açıqlama verib.

Məhəmmədpurun sözlərinə görə, Ustad Şəhriyar ədəbi mükafatı “mədəniyyət, sənət, şeir və ədəbiyyatın böyük İrandakı yüksək yerini dünyaya göstərmək, söz mülkünün şəhriyarı ustad Məhəmməd Hüseyn Behcət Təbrizinin adını yüksək tutmaq, fars şeiri və ədəbiyyatının milli gününü yüksək qiymətləndirmək, habelə yerli və məhəlli ədəbiyyata dəstək” məqsədilə təsis edilib.

İran Azərbaycanının böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfat etdiyi 18 sentyabr tarixi İran təqvimində fars şeiri və ədəbiyyatının milli günü olaraq qeyd edilir.

“Ustad Şəhriyar ədəbi mükafatı hər il sentyabrın 18-də sənət və ədəbiyyatın müxtəlif sahələrində, fars və türk dillərində yaradılmış seçilmiş əsərlərin sahiblərinə təqdim ediləcək. Mükafatın təqdimat mərasimi Təbrizin Şairlər Məqrəbəsində keçiriləcək” deyə, agentliyin xəbərində qeyd edilib.

AzPolitika.info

635x100

Şərhlər

Xalq 2020-09-24 18:43:51

Şəhriyar bəyəm farsdır ki? O təmiz türk şairidir.

Son yazılar