Menu

Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişir

24.09.2020, 18:32
Azərbaycan dili imtahanının keçirilməsi qaydası dəyişir

"Bu il Azərbaycan dili - Dövlət dili imtahanın formatında dinləyib-anlama bacarığını nəzərdə tutsaq da, daha qısa imtahan keçirdik".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə buraxılış imtahanında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulub: "Hələlik biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır".

M.Abbaszadə qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var: "Vəziyyətin dəyərləndirilməsi üçün monitorinq imtahanlarının keçirilməsi vacibdir. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8- ci siniflərdə də monitorinq imtahanları keçirə bilmədik".

Şərhlər

t.ədalət 2020-09-24 18:56:29

Dövlət dili üçün meyarlar hansısa xərcə görə arxa plana atıla bilməz.Bu,sadəcə olaraq,rus dilinin "vacibliyini" yenidən gündəmə dürtmək üçün zaman məsələsidir.Dövlət dilini hansısa xərcə görə əhəmiyyətsiz etmək,ona səthi yanaşmaq bir xəyanət formasıdır.Dünyanın heç bir ölkəsində belə laqeydlik ola bilməz.Vəziyyətin DİM sədri tərəfindən belə izahı özü nöqsandır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol