Azərbaycanda baş həkim COVID-19-a yoluxub

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi koronovirusa yoluxub.

"Report"un əldə etdiyi məlumata görə, xəstəxananın baş həkimi Xoşbəxt Ağayevanın koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin nəticəsi müsbət çıxıb.

X.Ağayeva xüsusi rejimli koronavirus xəstələri üçün ayrılmış Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun müalicələri davam etdirilir.

Qeyd edək ki, X.Ağayeva ötən ilin noyabr ayında Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar