Menu

Parisdə naməlum şəxs insanlara hücum edib - Yaralananlar var

25.09.2020, 15:14
Parisdə naməlum şəxs insanlara hücum edib - Yaralananlar var

Fransanın paytaxtı Parisdə naməlum şəxs soyuq silahla insanlara hücum edib.

“Report” BFM TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib.

Qeyd olunub ki, hadisə “Şarli Hebdo” satirik jurnalının keçmiş binası qarşısında baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol