Menu

2 trilyon avroluq müqavilələrdə korrupsiya ehtimalı

09.10.2014, 13:26
2 trilyon avroluq müqavilələrdə korrupsiya ehtimalı

"Fox News" xəbər verir ki, Nikola Sarkozinin prezidentliyi dövründə Fransa və Qazaxıstan hökuməti 2 trilyon avro dəyərində müqavilələr imzalayıblar.

Korrupsiya ehtimalına görə, Fransa həmin müqavilələrlə bağlı istintaqa başlayıb.

Oktyabrın 7-də "Le Monde" qəzetinin yazdığına görə, çirkli pulların yuyulması ilə bağlı rəsmi istintaq 2013-cü ilin mayından başlayıb. "Associated Press" agentliyi Paris hakiminə istinadən bu xəbəri təsdiqləyib. Məsələ ilə bağlı aşkar danışmaq səlahiyyəti olmadığı üçün hakimin kimliyi açıqlanmır.

Hakimin sözlərinə görə, ötən ay ilkin olaraq 3 nəfər korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunub. Sarkozinin o vaxtkı köməkçilərindən birinin vəkili də onların arasındadır. Xatırladaq ki, 2010-cu ilin oktyabrında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Parisə səfəri zamanı bir neçə müqavilə, eləcə də Fransanın "Eurocopter" şirkətindən 45 vertolyotun alışı ilə bağlı müqavilələr imzalanıb. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol