Gürcüstanda daha 294 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son sutkada daha 294 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 87 pasiyent sağalaraq evə buraxılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 5 254-ə, sağalanların sayı isə 1 906-a çatıb. Xəstəlikdən 28 nəfər vəfat edib.

Hazırda karantində 5 674, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 800 asimptomatik xəstə xüsusi otellərdə müalicə alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar