Menu

ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıb

27.09.2020, 14:16
ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıb

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.

“Report” xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırırlar.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlara dair xəbərlərdən narahatlıq ifadə olunub.

“Biz güc tətbiqini qınayır və mülki şəxslər də daxil olmaqla insan itkisindən təəssüfümüzü bildiririk. Həmsədrlər tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırır və münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını bəyan edirlər”.

Şərhlər

omar 2020-09-27 19:04:14

Ay siz öləsiz,30 ildir ermənini bəsləyirsiz.Azərbaycan öz torpağını təmizləyir,başqasının yox.

Sabir. 2020-09-27 16:21:27

....yeyirsiz! Munaqise zonasi deyil bura.bura azerbaycandir vr isgaldan azad olunur!

t.ədalət 2020-09-27 14:48:59

Tərbiyəsiz həmsədrlər!Azərbaycan nə qədər susmalıdır ki,sizin kimi axmaqlar erməniyə xidmət etsin?

t.ədalət 2020-09-27 14:48:59

Tərbiyəsiz həmsədrlər!Azərbaycan nə qədər susmalıdır ki,sizin kimi axmaqlar erməniyə xidmət etsin?

Xalq 2020-09-27 14:28:36

"Minsk Qrupu" deyəsən meylivizdən erməni konyakıynan kabab keçir hə? 30 il tıxadınız gödəninizə doymadınız? Yenə ermənini müdafiə edirsiniz? Sizdə heç ədalət hissi var, yoxsa yoxdur. Nə hayasız, abırsız, məxluqsunuz siz. Ədalət naminə susun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol