"Azərbaycanın özünümüdafiə haqqını tanıyırıq"- Pakistan XİN-dən bəyanat
Baxiş sayı:
Dərc olunub:
27/09/2020 - 20:20
“Pakistan qardaş Azərbaycan xalqını dəstəkləyir və onun özünümüdafiə haqqını tanıyır”. “Report” xəbər verir ki, bunu Pakistanın Xarici İşlər Nazirliyi açıqlayıb.
“Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən çox narahatdır. Pakistan Ermənistan qüvvələrinin həftəsonu Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini mülki əhalisini intensiv atəşə tutmasını qınayır. Bu, bütün bölgənin dincliyini və təhlükəsizliyini poza bilər.
Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”, - açıqlamada vurğulanıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.