DÜŞMƏNİN 24 TANKI, 18 PUA-sı, 15 ZENİT-RAKET KOMPLEKSİ MƏHV EDİLİB! - 550 nəfərdən artıq itkisi var + VİDEO

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir.

Müdafiə Nazirliyindən bildirilib ki, bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür.

Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 24 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.

Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur.

Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.

635x100

Şərhlər

vetenperver012 2020-09-29 09:44:16

Allah butun esgerlerimizin komeyi olsun

Cavid 2020-09-29 04:22:00

HAQQ YOLUNDAYIQ ALLAH AXIRIMIZI XEYIR ELESIN

Ilkin refiyev 2020-09-29 01:19:27

Allah esgerlerimizi qorusun AMIN

Vetenperver 2020-09-28 22:45:36

Düşmene aman ve teslim olmaq ücün vaxtverilmemelidir!!!

OQTAY 2020-09-28 22:40:25

Bu xeyirli isimizde,Ordumuzu Allah qorusun.Ermeni ve onlari himaye edenlere nehlet olsun, koku kesillecek

Irina 2020-09-28 22:25:29

Raziyam hemvetenimle...Iki milki wexs esir goturubler nece illerdi,onlara it zulmu verirler orda...onlari da nezere alib gullelemek lazimdi bu werefsizleri

vətəndaş 2020-09-28 15:08:24

Qanımızı içən Düşmənin özünü də məhv etmək lazımdır. Əsir götürmək də lazım deyil,yerində güllələmək ki,sabah bizim uşaqlarımızın qanını içməsin.

Son yazılar