Menu

Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var - RƏSMİ

28.09.2020, 12:03
Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var - RƏSMİ

"Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir".

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir.

Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq", - o bildirib. 

Şərhlər

t.ədalət 2020-09-28 12:36:30

Bunlar terrorçu kürdlərdir.Kürdlərin də məqsədi işğala məruz qalmış ərazilərimizdə kiçik kürdüstan dövləti qurmaqdır.Bu məqsədlə Azərbaycanda bir neçə kürd təşkilatı yaradılıb.Onlar da ermənilərlə əlbir fəaliyyət göstərirlər.Azərbaycanı zəiflətməklə öz məqsədlərinə çatmaq istəyirdilər.İndi Türkiyədən aldığımız dəstək nəticəsində onların planları alt-üst oldu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol