Menu

“Ermənistandakı dostlarımıza demişik ki...” - İran XİN

28.09.2020, 12:27
“Ermənistandakı dostlarımıza demişik ki...” - İran XİN

“Təcili atəşkəsin əldə olunmasını istəyirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyə münasibət bildirərkən deyib.

S. Xətibzadə deyib ki, İran Xarici İşlər naziri hər iki ölkənin XİN başçıları ilə geniş danışıqlar aparıb: “Biz Azərbaycan və Ermənistandakı dostlarımıza demişik ki, müharibəni dayandırsınlar, danışıqları başlasınlar və bu, məsələnin yeganə həll yoludur. Məsələni yaxından və diqqətlə izləyirik və təcili atəşkəsin təmin edilməsini istəyirik”.

S. Xətibzadə qeyd edib ki, hər iki tərəflə yaxşı münasibətləri olan bir ölkə olaraq İran bu ixtilafın əməldə həlli üçün yardım edir: “Mövcud vəziyyətdə hər iki tərəf problemi həll etmək üçün bir tənəffüs verməli və yaranmış tənəffüsdə məsələnin həlli üçün atmosfer yaranmalıdır”.

Şərhlər

Lala Rza 2020-09-28 15:42:32

İnsanda abır həya yaxşı şeydir amma bundan İran hökumətindəkilər nəibini almayıb demirəm iran xalqı çünki orda öz millətimiz bizimlədir utanmaz utanmaz meğriden silah ötürür ki müsülmanları qırsınlar hələ dostluqdan dəm vurur azərbaycanın çörəyi ilə dolanırsız burdan gedən zəvvarlar olmasa acından ölərsiz imamımın ahı tutsun sizin gözünüzü kafirlərə kömək edənlər

X 2020-09-28 15:16:01

Utanmasan oynamaga ne var

X 2020-09-28 15:07:06

AY SIZI OLASIZ ERMENININ DOSTU BIZIM DUSMENIMIZDI SEREFSIZLER. ALLAH HAQDI HAQQ QALIB GELECEK. SIZINDE ISINIZE OZ OLKENINIZIN VETENDASLARI BAXACAQ. ERMENILERIN YARDIMCILARI

səidə 2020-09-28 14:14:43

ay xədimzadə! erməni deyir ki, mən sizinlə sülh danışıqları aparmayacam. Sən bunu başa düşmürsən?

Cabir 2020-09-28 13:15:05

Iran riyakarlıq edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol