“Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşa bilər”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, - o vurğulayıb.
Türkiyə Prezidenti ATƏT-in Minsk Qrupunu da ittiham edib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər”.
“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?!
Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındadır. Bunu hamınız qəbul etmisiniz axı”, - deyə, Ərdoğan vurğulayıb.

Şərhlər
Deyirem bu Kişide olan Qeyrət
Amin !!!
Sayın cümhurbaşkanı, qürur və güvənc yerimizsiniz....Allah qorusun...
Erdogan-“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir. İşğal edilən torpaqlar Azərbaycanındadır. Bunu hamınız qəbul etmisiniz axı”, Bəli sayın Başkan. Zaman Türkün zamanı. İndi o çakallar kimi ağız-ağıza verib ulaşanlar 32 ildir erməninin yanındadılar və bu gün də ondan yanadırlar. Geriye yol yoxdur. İreli-ireli Azərbaycan esgəri. Zaferler senindir. Qardaş Türk elləri arxandadır.
Eşq olsun SİZLƏRƏ. Daima bir yerdə olun. Güc birlikdədir.
Bizim yolumuz bundan sonra yalnız Türkiyə ilə olmalıdır. Onlardan başqa hansı müsəlman bizə kömək edib? Hamı erməni ilə, rus ilə əlbirdir. hOnların hamısı Azərbaycanı məhv etmək istəyirlər. Amma olmayacaq bu. Azərbaycan çiçəklənəcək, inkişaf edəcək. Düşmən qonşularımız özləri məhv olacaqlar
SAYIN CÜMHURBAŞKANIMIZ ƏRDOĞAN YAŞA! YAŞA! YAŞA! SİZ VƏ TÜRKİYƏMİZ VAR OLUN!
Allah Azərbaycanı. Türkiyəni qorusun
Azerbaycanida Turkiyenide allah qorusun .yaxsiki prezdentlerimiz var allah komeyleri olsun
YAŞASIN TÜRKİYƏ,YAŞASIN ƏRDOĞAN-TÜRK MİLLƏTLƏRİNİN LİDERİ!