Biz gəldik, Qarabağ... Xoş gördük, Qarabağ!

Seymur VERDİZADƏ

Salam, tut ağacı!

Məni tanıdın?

Hə, mənəm... 27 il əvvəl səni tək qoyub gedən adam...

Çox dəyişmişəm?

Qocalmışam?

Saçlarım ağarıb?

Bilirsən, niyə? Səni tək qoyub getdiyim üçün 27 ildi xəcalət çəkirəm...

27 ildi sən burda, mən orda təkəm...

Üzünü yana çevirmə, üzümə bax...

Bu 27 ildə bir dəqiqə də səni unutmamışam. Hər gecə yuxuma girirdin. Bəzən gecələr dik atılırdım...

Anam hər gün danışır: uşaq olanda mənim beşiyimi sənin budaqlarından asırmışlar...

Mən yenə uşağam, qoca tut ağacı.

Qalx, qollarının arasına al məni...

Daha heç kimi bizi ayıra bilməyəcək...

Biz əbədiyyətə qədər birlikdə olacağıq...

O, nə səsdir?

O, Azərbaycan əsgərinin ayaq səsidir. 27 ildi kökünə balta çalan adamların ömrünə balta çalmaq üçün gəlib. Çıx onun pişvazına...

Biz gəldik, Qarabağ...

Xoş gördük, Qarabağ!

635x100

Şərhlər

OXUCU 2020-10-03 00:54:00

Tut ağacı bizdən incimə.biz səni həmişə yuxularımızda görərdik.Görürdük ki,bu illər ərzində bir dəfə də olsun bar vermədin.istəmədin ki barından düşmən yesin.Mənim uşaqliq xatirələrim,cavanlıq həsrətim biz gəlmişik.

OXUCU 2020-09-30 11:14:18

Ağladım, Etibarlı tut ağacı gör neçə il bizi gözləyib.həsrətlə Yazıya görə təşşəkür.

Xalq 2020-09-28 17:19:48

Yazıya görə çox sağ olun Seymur müəllim! Çox kövrəldim təşəkkürlər. Var olun!

Seyid Ənhu 2020-09-28 16:57:47

Mən o tut ağacıyam. Heç kim məni dindirməsin, hamınızdan küsmüşəm.

Son yazılar