Erməni tərəfi məhv edilmiş daha 26 hərbçisinin siyahısını yayıb

Ermənistan tərəfi bu gün Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edilmiş daha 26 hərbçisinin siyahısını yayıb. "AzPolitika" erməni KİV-nə istinadla xəbər verir ki, onların arasında bir qadın hərbçi də var. 

Beləliklə, Ermənistan ordusunun rəsmən etiraf etdiyi itkilərinin sayı 84 nəfərə çatıb. Rəsmi etirafda yaralıların sayı yüzlərlə göstərilir.

Əsl həqiqətdə isə ölən və yaralanan erməni hərbçilərinin sayı bundan dəfələrlə çoxdur. Azərbaycan Müdafiə Nazirliyi iki gündə 600-dən artıq düşmən əsgərinin məhv edildiyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar