Menu

Rusiya KİV-ləri ermənilərin “fahişəsi” rolunda – Bu ölkədə ikihakimiyyətlilikdir?...

29.09.2020, 00:59
Rusiya KİV-ləri ermənilərin “fahişəsi” rolunda – Bu ölkədə ikihakimiyyətlilikdir?...

Artıq iki gündür ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən genişmiqyaslı hərbi əməliyyatlar dünya KİV-nin diqqət mərkəzindədir. Dünya onu da yaxşı bilir ki, 30 ildən artıqdır, Ermənistan-Rusiya tandemi Azərbaycanın qədim tarixi ərazisi olan Qarabağı işğal altında saxlamaqdadır, bölgənin əhalisi isə məcburi köçkün halında ölkənin müxtəlif bölgələrinə sığınıb.

Bütün bunlar az imiş kimi, işğalçı Ermənistan ötən illər ərzində zaman-zaman Azərbaycana qarşı müxtəlif təxribatlar törədib, dinc əhalini atəşə tutmaqla, xalqmıza qarşı düşmənçilik siyasətini davam etdirib, müxtəlif üsullarla bölgədəki yolverilməz status-kvonu qoruyub saxlayıb, zaman-zaman dünya birliyinin üzünə ən müxtəlif və iyrənc yalanlar söyləyib. Otuz ildir davam edən bu prosesdə xristian dünyası işğalçının yanında olub, ona hərtərəfli hərbi-siyasi dəstək verib. Bu məsələdə Rusiyanın rolu isə xüsusi qeyd edilməlidir…

İşğalçı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ötən gün baş verdi və düşmənin bu həyasızlığı Azəbaycanın səbr kasasını doldurmuş oldu, nəticədə Azərbaycan tərəf mülki əhalinin təhükəsizliyini təmin etmək və işğal altındakı torpaqlarını azad etmək məqsədilə, əks-hücum əmliyyatlarına start verdi - sonrası artıq bütün dünyaya bəllidir…

Nə yazıq ki, bunca bəlli həqiqtləri görməzliyə vuran Rusiya KİV-ləri cərəyan edən prosesləri birtərəfli, təhrif olunmuş, erməni maraqlarına köklənmiş forma və məzmunda «işıqlandırmağa» girişib. Rusiya mənbələrini izlədikcə elə təsəvvür yaranır ki, sanki onlar Ermənistanın «fahişəsidir»!

Belə bir «sürüşkən» vəziyyətin hökm sürdüyü vaxtda Rusiya Federasiyasının prezidenti «Rusiya qonşularının daxili siyasətinə qarışmır» deyir, Federasiya Şurasının sədri isə «bütün qlobal qüvvələri Qarabağ münanişəsinə qarışmamağa» səsləyir - elə təsəvvür yaranır ki, sanki Rusiyada ikihakimiyyətlilikdir, bir tərəfdə prezident və parlament sədri, o biri tərəfdə isə ermənipərəst qüvvələr (KİV-i) fəaliyyət göstərir. Amma bu, yalnız zahiri görüntüdür və pərdə arxasından Rusiyanın ikibaşlı siyasəti «bərq vurur».

Bu da fahişəliyin bir forması - bacardıqca yalan-palan uydur, dünyanın saqqızını oğurla və başını saxla.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Xalq 2020-09-29 08:39:20

rusiyada baş verənləri ancaq xristian həmrəyliyi adlandırmaq olar, bunun başqa adı yoxdur!

Eldəniz 2020-09-29 07:23:49

Tarix boyu Rusiya belə edib və bundan sonra da belə edəcək..Rusdan ancaq Erməniyə dəstəkdən başqa bir şey gozlemek sadəlövhlük olardı.Onlarin ikibaşlı qartal gerbi dövlət olaraq onların mahiyyətini ortaya qoyur .Indi hansısa rusbas serhimi oxuyub izah etməsin mənə ki, bu ikibaşlı qartal Car Rusiyası Imperiyası dövründən qalma atributudur ,biri şərqə ,biri də qərbə baxir..Bunu bilməyən yoxdur ..Kremlin ruporu olan Solovyovun ermənipərəst mövqeyi və ermənipərəst ekspertlər tərəfindən verilən rəyləri görməmək eşitməmək mümkün deyil...

T.ədalət 2020-09-29 05:38:40

Sağ ol Mirzə müəllim!Rusiyanın və İranın hərbi qüvvələri,Suriyada olduğu kimi DQ -da da bir yerdədir və Azərbaycana qarşı vuruşurlar.Kürdlər də İran əraxisindən keççəklə DQ-a giriblər.

Roma 2020-09-29 03:13:05

Dünyada Rusiya qədər məkrli, qəsbkar nəinki ikibaşlı, mən deyərdim yeddibaşlı siyasət aparan ikinci bir dövlət yoxdur. Qarabağda hazırkı müharibə Rusiyanın ürəyincədir. Belə ki, qoy vuruşaraq əldən düşsünlər, hər ikisinə silah verərək (birinə pulnanŞ o birinə müftə) və nəticə etibarı ilə sonda tərəzinin lazımı tərəfinə kömək və əlavə sursat və özünə lazım olan nəticə...bir sözlə siyasi fahişə...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol