Ermənistan terrorçu dövlət olduğunu sübut edir - Mülki əhalini hədəf seçməklə...

Məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq yenidən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi 1949-cu il Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" məlum 2427 qətnaməsinə məhəl qoymayaraq, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Əlbəttə, bu Ermənistanın törətdiyi ilk hadisə deyildir. Heç də uzaq tarixə getmədən Ermənistanın analoji hərəkətlərinin şahidi ola bilərik.

Belə ki, Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı Ballıqaya qətliamı, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktları soyqırım mahiyəti kəsb edən yaxın taixi faktlardır. 

Yaxşı xatırlayırıq ki, 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı Ballıqaya qətliamı nəticəsində 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.

Eləcə də 1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı Ermənistan hərbçiləri Qaradağlı kəndindən girov götürülmüş 118 nəfər dinc sakinini Xankəndinə apararkən onlardan 33 nəfərini yolda güllələmişlər. Qətlə yetirilənlər arasında 10-12 yaşına qədər uşaqlar və qadınlar da olmuşdur.

Digər bir fakt, Füzuli rayonunun işğalı zamanı baş vermiş, Horadiz yolunda girov götürülmüş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun «Tunel» adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla bir yerdə yandırılmışdır. Xatırladaq ki, bu günahsız soyqırım qurbanlarının böyük hissəsi qadınlar və uşaqlar idi.

017-ci ildə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2016-cı il təvəllüdlü Zəhra Quliyevanın qətli, 2020-ci il 12-14 iyul tarixlərində beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində Azərbaycana qarşı törədilən təxribat zamanı 76 yaşlı mülki vətəndaş Əziz Əzizovun qətli, məlum sentyabr təxribatı zamanı Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvünü qətlə yetirməsi Ermənistanın beynəlxalq öhdəliklərə məhəl qoymamasına dəlalət edir.Təkcə 27 sentyabrdan erməni təxribatı ilə başlayan döyüşlər gedişində Azərbaycanın onlarla mülki şəxsi yaralanmış və qətlə yetirilmişdir .

Məlumdur ki, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol Beynəlxalq Humanitar Hüququn (BHH) əsas sənədləri sayılır. Silahlı münaqişələr hüququ kimi tanınan beynəlxalq humanitar hüquq özündə Cenevrə hüququ və Haaqa hüququ ehtiva edir. Əgər Cenevrə hüququ döyüşdə artıq iştirak etməyən hərbçilərin və döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin mühafizəsi nəzərdə tutursa, Haaqa hüququ hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır.Qeyd edək ki, Ermənistan hər iki hüququ məsuliyyətsiz şəkildə pozmaqda davam edir.

Bəs sual olunur ki, Ermənistan bu cinayətləri niyə törədir?! Bunun sadə bir cavabı var.Ermənistan terror dövlətidir.Terror latın sözü olub tədhiş etmək,qorxutmaqla qarşı tərfi istədiyi qərara məcbur etmək anlamına gəlir. İşğalçı Ermənistan terror vasitəsilə Azərbaycanı ərazi itkiləri ilə barışdırmağı,erməni mifi, xofunu azərbaycanlılarda formalaşdırmaqla gələcəkdə daha böyük ərazilərə sahiblənməyi hədəfləyir. Ancaq Azərbaycan dünyəvi, hüquqi dövlət olaraq bu terror dövləti ilə beynəlxalq hüququn dili ilə danışır,onu belə məsuliyyətsiz hərəkətlərinə görə beynəlxalq hüququn verdiyi imkanlarla cəzalandırır.

Azərbaycan BMT-nin 51-ci maddəsi təsbit edilən özünümüdafiə hüququndan istifadə edərək, ədalətli sülhə məcburetmə əməliyyatlarını uğurla həyata keçirir.İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu yaxın günlərdə terorçuları, erməni hərbi birləşmələrini ölkəmizdən təmizləyərək beynəlxalq tanınmış sərhədlərimizi, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəkdir. 

Bunun üçün hər cür zəmin vardır. Beynəlxalq hüquq Azərbaycan tərəfindədir, dövlətimiz sosial –iqtisadi, hərbi potensial baxımından düşməndən müqayisəedilməz dərəcədə güclüdür, ölkədə prezident–xalq birliyi ideal səviyyədədir, İlham Əliyev Azərbaycan xalqının legitim və nüfuzlu.prezidenti və lideridir. 

Qələbə Azərbaycanladır!

Üzeyir Şəfiyev

sosioloq

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar