Menu

Meyitdən transplantasiya üçün orqanların icazəsiz götürülməsi mümkün olmayacaq - Dəyişiklik

30.09.2020, 17:51
Meyitdən transplantasiya üçün orqanların icazəsiz götürülməsi mümkün olmayacaq - Dəyişiklik

Meyitdən transplantasiya üçün orqanların icazəsiz götürülməsi mümkün olmayacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, meyitdən gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilərdi.

Amma yeni layihədə bu müddəa əksini tapmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol