Sabiq nazir müavini könüllü kimi qeydiyyata düşdü - Cəbhəyə getmək üçün Prezidentə müraciət etdi

Uzun illərdən sonra Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək istiqamətində geniş miqyaslı hərbi əməliyyatlara başlaması cəmiyyət tərəfindən böyük sevinclə qarşılanıb. Orduya könüllü şəkildə getmək istəyənlərin sayı-hesabı yoxdur. 

Təbii ki, könüllü olaraq cəbhədə döyüşmək istəyənlər arasında hərbiçilər ön sırada gəlir. Artıq məlumat verdiyimiz kimi, ehtiyatda olan generallar və digər yüksək rütbəli zabitlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə döyüş əməliyyatlarında iştirak etmək üçün aktiv orduya göndərilməsi xahişi ilə müraciət ediblər.

"AzPolitika.info"nun məlumatıma görə, ehtiyatda olan polkovnik, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov bir addım daha irəli gedərək, könüllü şəkildə cəbhəyə getmək üçün qeydiyyata düşüb.  

Qeyd edək ki, Mehman Səlimovun oğlu, ehtiyatda olan zabit Fərhad Səlimov da könüllü kimi cəbhəyə gedib. General Polad Həşimovun şəhid edilməsindən sonra cəbhəyə getmək üçün müraciət edən Fərhad Səlimov bu gün ön xəttdə düşmənlə vuruşur. 

Sabiq nazir müavini M.Səlimov isə dünən yaşadığı Yasamal rayonu üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə müraciət edərək, orduya könüllü yazılıb.

Polkovnik eyni zamanda "AzPolitika.info" saytı vasitəsilə Ali Baş Komandan İlham Əliyevə müraciət edərək Vətən Müharibəsində iştirak etməyə hazır olduğunu bildirib. 

“Cənab Prezident, uzun illərdən sonra Sizin komandanlığınızla  torpaqlarımızın işğaldan azad olunması istiqamətində başlayan hərbi əməliyyatlar ölkənin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Xalqın Sizin ətrafınzda birləşərək, Vətənimizin bütövlüyünü təmin edəcəyinə inamı tamdır. 

Cənab Ali Baş Komandan, mən də sovet hərbi məktəbini keçmiş, uzun illər Azərbaycann Müdafiə Nazirliyində müxtəlif vəzifəlrdə çalışmış, birinci Qarabağ müharibəsində cəbhədə döyülərdə iştirak etmiş bir zabit kimi Vətən müharibəsində iştirak etməyi arzulayıram.  

İnanıram ki, bilik və təcrübəmlə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlara az da olsa müəyyən töhvələr verə bilərəm. Hər bir vətəndaşımızın Vətənmizin müdafiəsinə qalxdığı bu günlərdə dövlətinə xidmət etməyə and içmiş zabit kimi kənarda qalmaq mənim üçün çətindir. Döyüşlərə qatılmaq, Sizin əsgəriniz kimi mənfur düşmənlə vuruşmaq istəyirəm! 

Ümid edirəm ki, mənim bu arzumu nəzərə alcaqsınız. 

Cənab Ali Baş Komandan Sizin əmrinizi gözləyirəm!", - deyə sabiq nazir müavini müraciətdə bildirilir.

635x100

Şərhlər

Yoxdu 2023-04-12 17:36:25

Fer..

Ehtiyyat zabit 2020-10-02 14:01:57

Kaş Ferhadin doyushchuler qarshisinda etdiyi sohbetleri eshiderdiz. Adam resmen psixoloji baximdan chash bash qalmish insanlari yumruq kimi toplayib nece heveslendirdise en avara esgeri bele bir sohbeti ile numunevi esgere chevirdi. Chox sevindimki agilli derrakeli bele bir komandiri tanidim. Adamin danishigi, durushu, yerishi esl merd ve sherefli, mundiri canlandirir. Allah onu dushmenin hiylesinden qorusun!!! Amin!!!

İ.Mustafaoğlu 2020-10-01 21:12:07

Dövlətimizi və xalqımızı qəlbən sevən dəyərli məmurlarımızı Allah qorusun !

Culfa 2020-10-01 20:29:43

Görəsən ağdamlı Bəxtiyar Sadıqovun, Aqil Abbasın, Bəxtiyar Əliyevin, qarabağlı İmamverdi İsmayılovun, bərdəli Rafil Hüseynovun və yüzlərlə bu kimilərin övladları hardadır?

полковник 2020-10-01 17:36:34

Неджмаддин Садыков его ненавидет за то что он ему не подчинялся. На верю что он даст возможность пантуркисту вернутся на поле боя. Здоровье его сыну, молодой совсем. Гордимся

Mixailo 2020-10-01 17:28:29

Oğlu Fərhadın ASLAN olduğuna şahidəm, ordudan tanıyanlar necə qorxmaz biri olduğuna bələddir. Xəbəri oxuyub kövrəldim açığı kaş məmur övladları onun kimi sadə və gözəl insan olmağı bacara. Allah onu qorusun, balasına bağışlasın. Amin

t.edalete 2020-10-01 15:40:43

Inan Allah boyukdu haqq naziler uzulmez. Allah sagliqli omur ve layiq oldugu yeri zabitimize qismet elesin qelebe bayragin Susamizin en uca noqtesine taxsin InsAllah

Roma 2020-10-01 15:28:59

Mehman Səlimov çox təcrübəli bir hərbçi və eyni zamanda vətənpərvərdi

t.ədalət 2020-10-01 13:00:22

Polkovnik Mehman Səlimov çox səriştəli bir zabitdir.Üzdə özünü dost kimi göstərən Səfər Əbiyevin xəyanətinə uğöradı.Milli zabit olduğu üçün S.Əbiyev ona tələ qurdu..

Son yazılar