BEŞ GÜNDƏ MƏHV EDİLƏN DÜŞMƏN TEXNİKASI - 200-dək tankı, 228 artilleriya qurğusu, 300 ədəd ... + FOTOLAR

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”. APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, yaylım atəş qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”.


635x100

Şərhlər

Гюнай 2020-10-02 14:42:51

Allah əsgərimizi qorusun

Məmməd Aliyev 2020-10-02 14:01:05

Allah əsgərlərimizi qorusun,daima ireli

Hərbiçi 2020-10-02 13:53:54

İnşAllah bütün torpaqlarımızı geri qaytaracağıq

B.Qarabağlı 2020-10-02 11:34:18

Sayıq olun, dəqiq vurun, heç bir işğalçı texnikası qalmasın! Hamınız müqəddəs haqq-ədalət, ana vətən, ata yurdu, talış, ləzgi, avar, rus, udin, lahıc və d. ailə, namus, mülk müdafiəçilərisiniz. Allah hamınız qorusun, heç bir qəddiniz belə zədələnməsin! Sayıq olun, Ehtiyatla irəli gedin!

Sole Rzayeva 2020-10-02 11:14:15

Allah qorusun Azerbaycan ordusunu dualarımız sizinledi

Lamiyə Əhmədova 2020-10-02 11:05:00

Uca Allah Sizi qorusun Vətən əsgəri! Allah üstünüzdə yar olsun! Allah Sizə qələbə fərəhini, bizə qələbə sevincini qismət etsin, İnşallah❤❤

Hekimov Mehraab 2020-10-02 10:41:09

Allah sizi qorsun !!! Azerbaycan eskereri menimde oğlanların sizinle birlikde duyuwdediler fexr edirem sizinle Allah komeyniz olsun tanrı sizi qorsun!!!!!!!!

İlhame ferzeliyeva 2020-10-02 07:18:52

Şükürler olsun Azerbaycanın igidleri allah size yar olsun Qelebe bizimle olacaq inşallah

Çidəm 2020-10-02 01:25:09

Var olun,igid əsgərlərimiz!

Vətəndaş 2020-10-01 20:36:15

Şükür Allaha! İgidlərimiz düşməni məhv edir İNŞALLAH!

Son yazılar