Menu

“Qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirəm” - Qurban Qubanov

02.10.2020, 01:06
“Qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirəm” - Qurban Qubanov

"Futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm". “Report” xəbər verir ki, bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi QurbanQurbanov "Legiya" komandası ilə oyundan sonra deyib.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasında pley-off oyununu keçirib. Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Şərhlər

Cavan 2020-10-02 10:26:33

Sağ ol əziz qardaşımız.Allah Səni qorusun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol