Menu

NATO Türkiyə ilə Yunanıstan arasında texniki təhlükəsizlik mexanizmi yaradıb

02.10.2020, 09:02
NATO Türkiyə ilə Yunanıstan arasında texniki təhlükəsizlik mexanizmi yaradıb

NATO-nun Baş Qərargahında Türkiyə və Yunanıstan hərbi heyətlərinin görüşlərinin nəticəsinə görə, texniki təhlükəsizlik mexanizminin yaradılması üçün ortaq razılıq əldə edilib.

APA-nın yerli bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbərinə görə, bununla əlaqdar NATO-dan bidirilib ki, Şərqi Aralıq dənizində tərəflərin təhlükəsiz fəaliyyəti üçün həyata keçiriləcək koordinasiyanın texniki detallarının müzakirə edillməsilə bağlı növbəti iclas 5 oktyabr 2020-ci ildə NATO-nun Baş Qərargahında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 1990-cı illərdə NATO iki ölkə arasında oxşar bir mexanizmin qurulmasına dəstək verib.

NATO Baş Katibi Yens Stoltenberq bildirib ki, iki dəyərli müttəfiqlərinə münasib mexanizmin qurulması üçün əməkdaşlıq davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol