Menu

"ORDUMUZ SONUNCU ERMƏNİ ƏSGƏRİ QOVULANA QƏDƏR İRƏLİLƏYƏCƏK !" - Sahibə Qafarova

02.10.2020, 11:29
"ORDUMUZ SONUNCU ERMƏNİ ƏSGƏRİ QOVULANA QƏDƏR  İRƏLİLƏYƏCƏK !" - Sahibə Qafarova

“Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatlarını uğurla davam etdirir. İndiyə qədər düşmənin yüzlərlə texnikası məhv edilib. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır: “Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.

Şərhlər

B.Qarabağlı 2020-10-02 13:00:01

Siyasi-hüquqi qısa-dəqiq və qəti münasibət belə olar! Bir məna, məqsəd.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol