Menu

ATƏT-in monitorinqi insidentsiz keçib

09.10.2014, 17:29

 

monitoringOktyabrın 9-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində monitorinq keçirib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Füzuli rayonu Aşağı Veysəlli kəndi yaxınlığında keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT sədrinin şəxsi nümayəndəsi Andzey Kasprzyk və onun səhra köməkçisi Evgeny Sharov, təmas xəttinin qarşı tərəfində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Hristo Hristov və Peter Svedberg keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol