“Hazırda Azərbaycan Ordusu eyni vaxtda iki missiyanı yerinə yetirir. Birincisi, özünün Vətən, Dövlət, Xalq qarşısında borcunu yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü təmin edir. İkincisi isə, beynəlxalq təşkilatların, xüsusən də Birləşmiş Millətlət Təşkilatının uzun illərdir yerinə yetirilməyən qətnamələrini icra etməyə başlamaqla, bu təşkilatların məhv olmuş nüfuzunu xilas edir”.
Bunları “AzPolitika”-ya açıqlamasında Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov deyib. Deputatın fikrincə, uzun illərdir beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqlarının boşaldılmasıyla bağlı qətnamələri icra olunmur. Qətnaməsi icra olunmayan bir təşkilatın isə heç bir hörməti, nüfuzu ola bilməz.
“BMT-nin Azərbaycanın işğal altında olan torpaqlarının boşaldılması ilə bağlı 4 qətnaməsi 30 ilə yaxındır adi kağız parçası qədər dəyərsizdir. Ermənistan bu qətnamələri vecinə də almır. İndi Azərbaycan Ordusu bu qətnamələrin icrasını həyata keçirirsə, bütün dünya, o cümlədən Minsk Qrupunun həmsədri kimi Fransanın prezidenti Makron Azərbaycan Ordusuna və Prezidentinə mənnətdar olmalıdır. Çünki BMT-nin və digər beynəlxalq təşkilatların zədələnmiş nüfuzunu bərpa edirlər”, - deputat vurğulayıb.
“AzPolitika”


Şərhlər