Oktyabrın 1-də ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin (ABŞ, Fransa və Rusiya) prezidentləri birgə bəyanat yayaraq hərbi əməliyyatları dayandırmağa, ilkin şərtlər irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar. Oktyabrın 29-da isə BMT Təhlükəsizlik Şurası oxşar çağırışla çıxış etmişdi.
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov mövzu ilə bağlı "Turan" agentliyinə bəyanatı şərh edərkən, bu münaqişənin 30 ildən artıqdır davam etdiyini xatırladıb: "Odur ki, istər BMT-nin, istər ATƏT-in Minsk qrupunun hərbi əməliyyatlar başladıqdan sonra bu barədə danışmaları düşündürücüdür. Halbuki, 27 il bundan öncə, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrin tələbləri daxilində işğalçı qoşunların işğal edilmiş Azərbaycan rayonlarından dərhal çıxarılması da yer alır".
Deputat sonra da deyib: "Biz nəyi dayandıraq? 30 il dözdüyümüz ədalətsizliyi yenidən yaşayaq?..." Onun fikrincə, yalnız işğalçı tərəf işğaldan əl çəkdiyini bəyan etsə, qoşunlarını Azərbaycandan çıxarsa, onlarla danışmaq olar.
Politoloq Zərdüşt Əlizadə isə "Azadlıq" radiosuna deyib ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin prezidentlərinin müraciəti mənasızdır. Onun fikrincə, ATƏT-in Minsk qrupunun və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin prezidentləri kimi, onlar Ermənistan tərəfi ilə danışmalıdırlar: "Onlar Ermənistanı BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı dörd qətnaməsində təsbit olunan hüquqlarını tanımağa, qoşunlarını işğal etdiyi xarici dövlətin ərazisindən çıxarmağa vadar etməlidirlər. Məsələnin həllinə, Ermənistan tərəfinə bir ay vaxt qoymalıdırlar". O hesab edir ki, indi baş verənlər Azərbaycanın əl-qolunu bağlamaq və ona ədalətsiz münasibətdir.
"AzPolitika.info"


Şərhlər
Vetandas
EY ZORDUŞ VAXT BİTİB! NƏ VAXTDAN DANIŞIRSAN? SAYIQLAMA.SƏN HƏMİŞƏKİ KİMİ RUS QARDAŞLARININ YANINDASAN. VAXT UDMAQ İSTİYİRSİZ? HEÇ Bİ DƏQİQƏ BELƏ VERMƏYƏCƏYİK. NƏ QƏDƏR HÜRÜRSƏN HÜR.
erməni ordu hissələrinə 1 ay yox ey 1 gün də bəs edər, şələ-küləni yığışdır sürüş.
erməniyə 1 ay vaxt verirsiniz ki, get erməni muzdlu yığ təzədən gəl üstümə?
erməniyə bir ay vaxt qoyulmasından söhbət gedə bilməz. Qətnamələri bir-bir yerinə yetirməlidir, erməni rayonu tərk etdikcə bizim ordu rayona girməlidir. Bir ay söhbəti tələdir.
BÖYÜKDƏN-KİÇİYƏ HAMIMIZ SİLAHA SARILIB DÜŞMƏNLƏRİMİZDƏN TORPAQLARIMIZI ALMALIYIQ. GERİYƏ YOLUMUZ BİZİM MƏHVİMİZDİR. BU QƏDƏR ŞƏHİD VERİLDİ,CAVANLARIMIZ GETDİ. BUNU DAVAM EDİB DÜŞMƏNİ MƏHV EDİB TORPAĞIMIZI ALMALIYIQ. Düşmənə aman vermək olmaz heç bir gün də.Erməni kimi düşmənə,torpaqlarımızı işğal edən,qanımızı içən,cavanlarımızı öldürən düşmənə bu dəfə də imkan versək bu bizim axırımız olacaq.